Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Abşeronda 1008 ailəlik yeni yaşayış məhəlləsi tikiləcək.
Eləcə də bax: “Hünər İnşaat Firması” böyük məbləğli - TİKİNTİ TENDERİNİ QAZANDI
FED.az xəbər verir ki, yaşayış məhəlləsinin layihələndirmə tenderinin qalibi məlum olub. Tenderi "Arxin-M LTD" MMC qazanıb. Fond şirkətlə 528 min manatlıq müqavilə bağlayıb.
Qeyd edək ki, layihələndirmə işləri görülən yaşayış məhəlləsinin Sumqayıt şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulub.