Abşeron Suvarma Sistemləri İdarəsi bir-birinin ardınca 8 tender müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, tender müqavilələri, qiymətlər və qalib şirkətlər aşağıdakı kimi müəyyən olunub.
22 min 900 manat dəyərində "Zabrat nasos stansiyasında 1 ədəd FLYGT SD 3400/706 elektrik mühərriki 90kvt tipli, 1 ədəd FLYGT SD 3602/835 elektrik mühərriki 230kvt tipli nasos aqreqatlarının quraşdırılması işləri" "Kaskad Hidro" MMC ilə, 35 min 260 manat dəyərindəki "Məhəmmədi nasos stansiyası binasının və 1 ədəd D630-90 nasos aqreqatlarının, 2 ədəd 1D315-71 (90 kvt-lıq elektrik mühərriki) tipli nasos aqreqatının və kameralı SUNO tipli (0.4 kv) elektrik şitlərinin quraşdırılması və enerji təsərrüfatının yenidən qurulması" tenderi "İnşaat Təmir-Tikinti İstehsalat Birliyi" MMC ilə, 90 min 489 manat dəyərindəki "Zabrat-1 nasos stansiya binasının təmiri 1 ədəd D1250-63 (250kvt-lıq elektrik mühərriki) tipli nasos aqreqatının , 7 kameralı SUNO tipli (0,4 kv) elektrik şitlərinin quraşdırılması və enerji təsərrüfatının yenidən qurulması" və 122 min 880 manat dəyərindəki "Zabrat nasos stansiyası binasının təmiri, 6 kameralı SUNO (0,4 kv) elektrik şitlərinin quraşdırılması və enerji təsərrüfatının yenidən qurulması" tenderləri "SQS GROUP" MMC şirkəti ilə, 92 min manat dəyərindəki "Layihə smeta sənədlərinin hazırlanması" tenderi AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-NİN SU TƏSƏRRÜFATI OBYEKTLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ ÜZRƏ AZƏRBAYCAN DÖVLƏT İNSTİTUTU "AZDÖVSUTƏSLAYİHƏ" ilə, 97 min 900 manat dəyərindəki "Xırdalan‐1 nasos stansiya binasının və 1 ədəd nasos aqreqatlarının təmiri, 1 ədəd əlavə D1250‐125 nasos aqreqatının, 6 kameralı 6 kv ‐lıq KSO‐273 tipli elektrik şitlərinin quraşdırılması və enerji təsərrüfatının yenidən qurulması" tenderi "Tələt" Firması ilə, 54 min 600 manat dəyərindəki "SD-16 tipli ŞAUNTUİ markalı buldozerin təmiri" tenderi "Qlobal KS" MMC ilə, 30 min 976.36 manat dəyərindəki "Sovxoz-2 qəsəbəsi ərazisində yerləşən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, boru xəttinin quraşdırılması üçün mal materialın satın alınması" tenderi isə "PALID-2015" MMC ilə imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 547 min 365.36 manatdır.