Fed.az xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası 2018-ci ildə avadanlıqların və bərk inventarların satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tender təkliflərini imzalanmış və möhürlənmiş şəkildə ikiqat zərflərdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübəsi, müqavilənin vaxtında yerinə yetirilməsi və maliyyə vəziyyəti.
Tenderdə iştirak etmək istəyənlər 70 (yetmiş) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
Təşkilat: Abşeron Rayon Mərkəzi Xəstəxanası
Əlaqələndirici şəxs: Şəmsiyyə Allahverdiyeva, telefon: (012) 342-61-40.
H/h: AZ 17 CTRE 00000000000002126831
Bank: “Kapital Bank”ın Abşeron filialı
Kod:200231
M/h: AZ 37 NABZ 01350100000000001944
S.W.İ.F.T CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. Tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlər (tender təklifi, bank zəmanəti və iş cədvəli istisna olmaqla) 14 avqust 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanəti isə möhürlənmiş ikiqat zərfdə 24 avqust 2018-ci il saat 17.00-a qədər Abşeron Rayon Mərkəzi Xəstəxanasına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 27 avqust 2018-ci il saat 15.00-da Xırdalan şəhəri, Qalubiyyə küçəsi 12 nömrəli ünvanda Abşeron Rayon Mərkəzi Xəstəxanasının iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iclasda iştirak edə bilərlər.
Abşeron Rayon Xəstəxanası - TENDER
10:30
9 İyul 2018