ABŞ-ın Azərbaycandakı səfirliyi 2 ədəd ikinci əl 20 futluq (6,096 m) konteynerlərin alınması üçün internet üzərindən hərrac keçirəcək.
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac bazar ertəsi, may ayının 4-də, saat 9:00-da başlayacaq və mayın 14-də, saat 18:00-ə qədər aktiv olacaq. Belə ki, həmin müddətdə fəal şəkildə auksionda iştirak edərək, konteynerlər üçün təkliflər göndərə bilər.
Hərracın qaydaları, eləcə də konteynerlərin şəkilləri ilə:
➡ https://online-auction.state.gov/
web-tətbiqində uğurla qeydiyyatdan keçdikdən sonra tanış olmaq olar..
Qeyd edək ki, qalib gəlmiş şəxslər mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidir.