Tovuz Rayon İcra Hakimiyyəti 2018-ci ildə aşağıda göstərilən işlərin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR
Tender 3 lot üzrə keçirilir.
Lot-1. Abadlıq işlərinin satınalınması.
Lot-2. Yolların təmiri işlərinin satınalınması.
Lot-3. Mənzil fondunun təmiri işlərinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot -1 və lot-2 üçün hər birinə 80 manat, lot-3 üçün isə 60 manat məbləğində iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tovuz şəhəri, Əzizbəyov küçəsi, 3 nömrəli ünvandan ala bilərlər. Əlaqələndirici şəxs – Həsənov Rəşid Həsən oğlu. Təşkilat: Tovuz Rayon İcra Hakimiyyəti Tovuz YXO Hesab: 32051019448200201182 VÖEN: 7300145781 Bank: “Kapital Bank”ın Tovuz filialı Kod: 200822 VÖEN: 9900003611Müxbir hesab: 0137010001944 SWİFT BİK AIIBAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 13 fevral 2018- ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 21 fevral 2018-ci il saat 17.00-a qədər Tovuz Rayon İcra Hakimiyyətinin tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 22 fevral 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Tender komissiyası
Abadlıq işlərinin satınalınması - TENDER
10:53
24 Yan 2018