"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Az.Arxitektura" MMC (VÖEN: 6001265561) seçilib.
Qalib şirkətlə 3 016 099 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 3 026 216 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "Az.Arxitektura" MMC bundan əvvəl Laçın Rayon İcra Hakimiyyətinin Ağcabədi rayonu Taxta körpü ərazisində yerləşən obadaxili yolların cari təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə 26 fevral 2026-cı il tarixində keçirdiyi 9 600 manatlıq tenderin də qalibi olub.
Qeyd edək ki, “Az.Arxitektura” MMC 23 oktyabr 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 5 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yunis Şükürlü Sahib oğludur. Hüquqi ünvanı AZ1116, Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə ünvanında yerləşir.












