Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi abadlaşdırma xidmətlərinin satınalınması ilə bağlı kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda abadlaşdırma xidmətlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1003853391
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə.
Müsabiqənin başlama tarixi və vaxtı: 25.06.2023 18:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 17.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 18.07.2023 17:00
Müqavilədə nəzərdə tutulan vəsaitin 30%-ə qədər hissəsi avans şəklində ödənilə bilər (avansın alınması üçün malgöndərən (podratçı) tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır).
Çatdırılma yeri - Bakı şəhərində 5 ünvan üzrə, Sumqayıt, Şirvan, Naftalan, Yevlax, Lənkəran, Qəbələ, Şəmkir
Çatdırılma müddəti - 2023-cü il ərzində
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməlidir
Maliyyə vəziyyəti haqqında bank arayışı
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Qulu Hüseynli, Satınalma mütəxəssisi
Email: [email protected]
ƏLaqə telefonu: +994125259209
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Ağaclar üçün dərman (250qr) |
tərkibi - 150qr/lt Imodocloprid, bitkilərdə gənə, güvə, bit, mənənə, qanlı bit və s. zərərvericilərə qarşı |
160 |
ədəd |
2 |
Ammofos gübrəsi |
azot-fosfor qarışıqlı komleks gübrə, tərkibində 12% azot və 52% fosfor |
560 |
kg |
3 |
Ammonium nitrat |
qazon üçün |
1.500 |
kg |
4 |
B58 avantaj |
insektisid, zərərvericilərə qarşı dərman |
1.000 |
qr |
5 |
Bordo məhlulu |
mis sulfat və sönmüş əhəng (kalsium hidroksid) qarışığı |
1.000 |
qr |
6 |
Fundazol |
Göbələk xəstəliklərinə qarşı geniş spektrli əlaqə funqisidi və dezinfeksiyaedicisi |
1.000 |
qr |
7 |
Nitroammofos gübrəsi |
Yüksək effektivlikli kompleks gübrə, bütün növ torpaqlarda və istənilən bitkilər üçün istifadə üçün, Ümumi azot (N), Fosfor (P2O5) , Kalium (K2O), nitratlı, ammoniumlu |
500 |
kg |
8 |
Bugenviliya gülü |
minimum hündürlük 50 sm |
67 |
ədəd |
9 |
Eldar şamı |
minumum hündürlük 120 sm |
100 |
ədəd |
10 |
Euonymus Paloma blanca gülü |
Gülün hündürlüyü minimum 20 sm |
87 |
ədəd |
11 |
Kortenziya gül kolu (yeddi gözəl) |
minimum hündürlük 50 sm |
63 |
ədəd |
12 |
Ağcaqayın ağacı |
adi, minumum hündürlük 100 sm |
40 |
ədəd |