Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC təkiflər sorğusu elan edir.
FED.az xəbər verir ki, təkiflər sorğusu “Azəryaşlandşaft” ASC tərəfindən Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi çərçivəsində gölün bərpa ərazisində inşa edilmiş Böyükşor bulvarında abadlaşdırma işlərinin qorunub saxlanılması məqsədi ilə xidmətlərin satın alınması işlərini əhatə edir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: +994124243283
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nobel 61
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 01.03.2023 17:55
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 16.03.2023 17:47