Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ. M. Seçenov Adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı Filialı “Daşınmaz əmlakın icbari sığortası” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «A-Qroup Sığorta» ASC olub. Şirkətlə 52 min 212 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin 17 min 883 manat məbləğindəki "Könüllü tibbi sığorta təminatı üzrə xidmət" tenderi üzrə müqavilə bağlanılıb (02.08.2022)