Azərpambıq Aqrar Sənaye Kompleksi "Yağ və sürtkü materiallarının satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib “Technoil” MMC (VÖEN: 1502846911) olub
Qalib şirkətə 997 105 manat ödəniləcək.
Müavilədə 2023-cü il üçün sürtkü yağlarının və xüsusi mayelərin sаtın аlınmаsı nəzərdə tutulur.
Qeyd edək ki, Technoil MMC 10.03.2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 11 688 495 manatdır. Qanuni təmsilçisi Rumadə Zeynalova Ağabəy qızıdır.
Hüquqi ünvanı Bakı şəh, Nərimanov ray. Əhməd Rəcəbli ev 33, qapı 4-də yerləşir.