Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Bakı şəhəri, Sabunçu rayonu, 17 saylı peşə liseyinin və Kürdəmir rayonu, Garis-Əyribənd kənd tam orta məktəbinin əsaslı təmiri işlərinin satınalınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Meqaplus” firması olub. Şirkətlə 945 min 337manat dəyərində müqavilə imzalanıb.
Xatırladaq ki, “Meqaplus” firması Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin 2 milyon 326 min 545 manat dəyərindəki “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 nömrəli, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 299 nömrəli və Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli tam orta məktəblərin əsaslı təmiri işlərinin satınalınması” (15.08.2022) və 1 milyon 547 min 940 manat dəyərindəki “Bakı Mühəndislik Univestitetinin əlavə korpusunun abadlıq və mühəndislik-kommunikasiya işlərinin satınalınması“ tenderlərinin də qalibi olub.