"Azərsu" ASC Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
"Azərsu" ASC böyük tender elan edir – ŞƏRTLƏR
FED.az xəbər verir ki, 9 377 067 manatlıq tenderin qalibi "Archico" MMC MMC olub.
Xatırladaq ki, "Archico" MMC bundan əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Zabrat-Pirşağı yolunun 3-cü km-də zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsinin layihələndirilməsi üzrə 212 072 manatlıq tenderini qazanıb.