Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən elan edilmiş tenderə yeku vurulub.
Lənkəran abadlaşacaq, yolları təmir olunacaq - 2,4 MİLYONLUQ TENDERLƏR
FED.az xəbər verir ki. Sözügedən tender Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif yağ, sürtkü materialları və xüsusi mayelərin satın alınması məqsədilə keçirilib.
Tenderin qalibi isə "Alco" MMC (VÖEN: 1403415131) olub.
Şirkət 1.677.340,5 AZN dəyərindəki təklifi ilə tenderi qazanıb.
Xatırladaq ki, tender üzrə ehtimal olunan qiymət isə 2.788.303,56 AZN idi. Müqayisə etdikdə görünür ki, "Alco" MMC ehtimal olunan qiymətdən 1.110.963,06 manat daha az məbləğlə tenderi qazanıb.
Qeyd edək ki, “Alco” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 9 125 900 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Dunay Xasayli Elbəy qızıdır. Hüquqi ünvanı AZ1095, Bakı şəhəri Səbail rayonu, Vəli Məmmədov, ev 3 ünvanında yerləşir.