“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Xaçınçay su anbarının 7 km -lik magistral kanalla birlikdə təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderinin qalibini açıqlayıb.
Təmir işləri üzrə böyük tender elan olundu - ŞƏRTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 9.903 milyon manatlıq tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC-dir.
Xatırladaq ki, "Körpü-Bina-Tikinti" MMC bundan əvvəl Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsi üzrə 472 179 min manatlıq tenderini qazanıb (16.12.2021).