Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün texnoloji avadanlıqların satın alınması üzrə tenderin qalibini elan edib.
Eləcə də bax: İcra Hakimiyyətinin 4.2 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDD
FED.az xəbər verir ki, 869 884 manatlıq tenderin qalibi "B2B GROUP" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, "B2B GROUP" MMC bundan əvvəl Maliyyə Nazirliyinin inzibati binasında mühafizə sistemlərinə (giriş-çıxış nəzarət sistemi, video müşahidə sistemlərinə), daxili server-şəbəkə kompleksinə texniki baxış keçirilməsinin satınalınması üzrə 39 min 176 manatlıq tenderini qazanıb.