Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi “Parklarda istifadə olunacaq oyun qurğuları və digər malların satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki tenderin qalibi "ETNIK GƏLƏCƏK-2021" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə bu tender üzrə 792 min 110 manat dəyərində müqavilə imzalanıb.