"Daşkəsən Dəmir Filiz" MMC "Daşkəsən dəmir filizi yatağında (DDFY) dəmir filizi konsentratının istehsalının təmin edilməsi məqsədi ilə zənginləşdirmə zavodunun və aidiyyəti infrastrukturun qurulması üçün İlkin Layihələndirmə və Layihə İdarəçiliyi üzrə məsləhət xidmətlərinin satın alınması" üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 8 124 300 manatlıq tenderin qalibi "Encotec" MMC-dir.
Qeyd edək ki, tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.