“AzerGold” QSC-yə məxsus "Daşkəsən Dəmir Filiz" MMC elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Tender eyni adlı yataqda dəmir filizi konsentratı istehsalı üçün zənginləşdirmə zavodu və aidiyyəti infrastrukturun qurulması üçün ilkin layihələndirmə və layihə idarəçiliyi üzrə məsləhət xidmətləri ilə bağlı elan edilmişdi.
FED.az xəbər verir ki, 8 milyon 124 3 min manatlıq tenderin qalibi "Encotec" MMC-dir.
Qeyd edək ki, tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.