Ağdaş rayonu ərazisində müvəqqəti məskunlaşmış 668 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsi tikiləcək.
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu "SS.PROJE" ilə müqavilə imzaalyıb. Bu şirkət yaşayış məhəlləsini layihələndirəcək.
Eləcə də bax: Nazirliyin 6,7 milyonluq tenderini – BU ŞİRKƏT UDDU
Müqavilənin məbləği 505 min 962 manatdır. Müqavilə "Ağdaş rayonu ərazisində müvəqqəti məskunlaşmış 668 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi"ni nəzərdə tutur.
Marja