"Azərsu" ASC "Azərsu” ASC-nin daxili vəsaiti hesabına beton məmulatların satın alınması" ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Tatoğlu-az Beton Konstruksiya" MMC şirkəti (VÖEN: 1502734251) olub.
Qalib şirkətlə 637 200 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, "Tatoğlu-az Beton Konstruksiya" MMC daha öncə də həmin qurumun 281 442 manat dəyərindəki eyniadlı tenderinin qalibi olub (11.05.2022).