Dövlət Turizm Agentliyi “Neftçi Qurban küçəsi 136 nömrəli ünvanda yerləşən Kulinariya Mərkəzinin əsaslı təmiri işlərinin satın alınması “üzrə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Promor" MMC şirkəti olub. Şirkətlə 618 min 859 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Bakı Dövlət Universitetinin 43 min 896 AZN dəyərindəki “Bakı Dövlət Universiteti tərəfindən Elmi Kitabxananın inzibati binasının əsaslı təmiri işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün malların (iş və xidmətlərin) satın alınması” (28.03.2022) tenderinin də qalibi olub.