Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturunun 2022-ci ildə saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
Abadlıq-quruculuq işlərinin satın alınması üzrə - TENDER ELANI - SİYAHI
FED.az xəbər verir ki, 599 968 manatlıq tenderin qalibi "Bestcomp Group" MMC olub.
Xatırladaq ki, "Bestcomp Group" MMC bundan əvvəl Ədliyyə Nazirliyinin Ədliyyə Nazirliyi struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması üzrə 2 140 715 manatlıq tenderini qazanıb (02.06.2022).