Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İsmayıllı rayonunun Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı avtomobil yolunun 16-cı kilometrində “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı elan etdiyi tendirin qalibini açıqlayıb.
İcra Hakimiyyəti böyük tender - ELAN EDİR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 5,5 milyon manatlıq tenderin qalib “Euroline” QSC-dir.
Xatırladaq ki, “Euroline” QSC bundan əvvəl "Azərsu" ASC-nin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” üzrə 22 828 327 manatlıq tenderini qazanıb (22.10.2021).