"Azərsu" ASC Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Təmir işləri üzrə tender elanı - SİYAHI - ŞƏRTLƏR
FED.az xəbər verir ki, 48 660 000 manatlıq tenderin qalibi “Nort Vest Konstrakşn” MMC-dir.
Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, “Nort Vest Konstrakşn” MMC bundan əvvəl də "Azərsu" ASC-nin Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması üzrə 40 735 655 manatlıq tenderini qazanıb.