"Lifttəmir" İstehsalat Birliyi tenderinin qalibini açıqlayıb.
Eləcədə bax: 625 min AZN dəyərində tenderin - QALİBİ KİMDİR?
FED.az xəbər verir ki, Lifttəmirin keçirdiyi tenderi, 40 AZN nizamnamə kapitalına malik olan "AGL” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb.
"Lifttəmir" İstehsalat Birliyi Bakı şəhərinə quru yol ilə yüklərin daşınması xidmətlərinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün broker xidmətlərinin satınalınması üçün "AGL" MMC-Ə 1 milyon 697 min 950 manat ödəyəcək.
Qeyd edek ki, "AGL” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 yanvar 2007-ci ildə 40 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qanuni tamsilçisi Əli Səmədov Bəhram oğludur