"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu ilə müxtəlif rayonlarda bəndlərin və su qurğularının əsaslı təmiri üçün iki iri müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmalar üzrə qalib gələn şirkətlər və görüləcək işlər aşağıdakı kimidir:
"Meliorativ Maşın stansiyası" MMC (VÖEN – 6800363351) ilə 3 257 695 manat məbləğində müqavilə bağlanıb. Tender çərçivəsində Vəlvələçay-Taxtakörpü kanalının dukerlərinin, habelə Zaqatala (Aşağı Tala və Əliabad), Qusar və Balakən (Katex) rayonlarını sel sularından mühafizə edən daş beton bəndlərin əsaslı təmiri nəzərdə tutulur.
"GM Construction" MMC (VÖEN – 1602490331) ilə 1 499 987 manat məbləğində müqavilə imzalanıb. Müqaviləyə əsasən, Oğuz rayonunda Qalaçayın sağ və sol sahilində yaşayış məntəqələrinin mühafizəsi üçün 600 pm uzunluğunda daş beton bəndin əsaslı təmir işləri həyata keçiriləcək.
Ümumilikdə sel və daşqın sularından mühafizə məqsədilə bəndlərin bərpasına 4 757 682 manat vəsait ayrılıb.












