Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına daha bir fiziki şəxs əlavə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə Qələndərli Emin Osman oğlu etibarsız təchizatçılar siyahısına əlavə edilib.
Rəsmi məlumata görə, buna səbəb Qələndərli Emin Osman oğlunun tenderdə udduğu sifariş üzrə müqavilənin icrasından imtina etməsi olub. Nəticədə onun dövlət satınalmalarında iştirakı 1,5 illiyə, yəni 2027-ci ilin iyul ayının 15-ə qədər qadağan edilib.
Qələndərli Emin Osman oğlu ötən ilin iyul ayını 17-dən etibarən müxtəlif tenderlərin qalibi olmağa başlayıb. Belə ki, Emin Qələndərli oktyabr ayının 31-ə qədər olan vaxtda (3 ay 15 gün) 19 müxtəlif tenderin qalibi olub. Həmin tenderlərin nəticəsi olaraq fiziki şəxslə 120 min 197 manat dəyərində müqavilələr imzalanıb.
Qələndərli Emin Osman oğlu iyulun 17-dən oktyabrın 31-ə qədər qalibi olduğu tenderlərin siyahısı aşağıdakı cədvəldə qeyd edilib:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
|
1 |
MASALLI RAYON MƏNZİL İSTİSMAR SAHƏSİ |
Maşın və avadanlıqların satınalınması |
1.935,2 AZN |
|
2 |
LƏNKƏRAN REGİONAL XÜSUSİ TƏHLÜKƏLİ İNFEKSİYALARA NƏZARƏT MƏRKƏZİ PUBLİK HÜQUQİ ŞƏXSİ |
Dəftərxana, təsərrüfat və mətbəə məhsullarının alınması |
4.316,52 AZN |
|
3 |
SALYAN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ QARABAĞLI KƏND İNZİBATİ ƏRAZİ NÜMAYƏNDƏLİYİ |
"Müxtəlif növ mallar"-ın satın alınması |
3.382,38 AZN |
|
4 |
MASALLI RAYON MƏNZİL İSTİSMAR SAHƏSİ |
Maşın və avadanlıqların əsaslı təmirinin satın alınması |
1.198,16 AZN |
|
5 |
"İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİ PUBLİK HÜQUQİ ŞƏXSİ |
Nəqliyyat vasitələrinin cari təmiri üzrə malların və əlaqədar xidmətlərin satın alınması |
8.186,55 AZN |
|
6 |
AZƏRBAYCAN RESPUBLİKASI ABŞERON RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISININ MEHDİABAD QƏSƏBƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ |
Sair torpaq, tikili və avadanlıqların satınalınması |
826 AZN |
|
7 |
"GEOLOJİ KƏŞFİYYAT AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXSİ |
Dəftərxana və təsərrüfat malları |
1.662,62 AZN |
|
8 |
NAXÇIVAN MR DİN-NİN YANINDA MÜHAFİZƏ ŞÖBƏSİ |
Dəftərxana ləvazimatlarının satınalınması |
626,17 AZN |
|
9 |
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA İNSTİTUTU |
Dəftərxana və təsərrüfat malları |
24.922,93 AZN |
|
10 |
AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ |
Ədliyyə Nazirliyi Probasiya xüsusi fondu hesabına təsərrüfat və dəftərxana ləvazimatlarının satın alınması |
7.056,87 AZN |
|
11 |
"İSMAYILLI OLİMPİYA İDMAN KOMPLEKSİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
Dəftərxana və təsərüfat mallarının, mətbəə məhsullarının və katriclərin doldurulmasının satın alınması |
1.978,86 AZN |
|
12 |
NAXÇIVAN MUXTAR RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN HİDROMETEROLOGİYA MƏRKƏZİ |
"Dəftərxana və təsərrüfat malları"nın satın alınması |
1.695,86 AZN |
|
13 |
"HÜQUQ VƏ İNSAN HAQLARI İNSTİTUTU" PUBLİK HÜQUQİ ŞƏXSİ |
Dəftərxana və təsərrüfat mallarının satın alınması |
1.452,31 AZN |
|
14 |
ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİ |
Dəftərxana və təsərrüfat malları |
7.221,22 AZN |
|
15 |
"MASALLI RAYON MƏRKƏZİ XƏSTƏXANASI" PUBLİK HÜQUQİ ŞƏXSİ |
Dəftərxana və təsərrüfat mallarının satın alınması |
15.555,55 AZN |
|
16 |
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI BOTANİKA İNSTİTUTU |
Dəftərxana və təsərrüfat mallarının satınalınması |
32.850,29 AZN |
|
17 |
"SALYAN RAYON MƏRKƏZİ XƏSTƏXANASI" PUBLİK HÜQUQİ ŞƏXSİ |
Avtomobilin ehtiyyat hissələrinin satın alınması |
3.038,5 AZN |
|
18 |
MASALLI RAYON DEZİNFEKSİYA STANSİYASI |
sair torpaq, tikili və avadanlıqların satın alınması |
450 AZN |
|
19 |
"YUXARI BAŞ" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU |
Nəqliyyat vasitəsinin ehtiyat hissələrinin və sertkü yağlarının satın alınması |
1.850,1 AZN |










