Statistika Komitəsi elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 379 956 manatlıq tenderin qalibi "Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi" MMC olub.
Tenderlə 2022-ci il üçün statistik işlər proqramı və “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun müvafiq işlərin yerinə yetirilməsi üçün elmi-tədqiqat işlərinin aparılması, statistik metodologiyaların təkmilləşdirilməsi, statistik müayinələr üçün seçmənin aparılması və layihələndirilməsi, operativ poliqrafiya işləri satın alınacaq.