İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi ““İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində istifadə üçün nəzərdə tutulmuş yeni nəsil şəbəkələrarası ekranların (Firewall), həmçinin mərkəzi idarəetmə sistemi və XDR həlləri üzrə texniki şərtlərə uyğun olaraq malların (işlərin və xidmətlərin)” satın alınması.” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “A2z Technologies” QSC olub. Şirkətlə 3 milyon 787 min 283 AZN dəyərində müqavilə imzalanıb.
Xatırladaq ki, “A2z Technologies” QSC firması Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 754 min 960 AZN dəyərindəki “Proqram təminatının təkmilləşdirilməsi” (26.09.2022) və "Azergold" Qapalı Səhmdar Cəmiyyətinin 88 min 385 AZN dəyərindəki “Çovdar Filiz Emalı Sahəsində nəzarət buraxılış sisteminin quraşdırılması işlərinin satın alınması “ tenderlərinin də qalibi olub.