Azərbaycanda rəqəmsal xəritə əsaslı platformanın yaradılması üzrə tenderin nəticəsi məlum olub.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC bildirir ki, keçirilmiş təkliflər sorğusunun nəticələri üzrə 5 avqust 2022-ci il tarixdə "4Maps Bilgi Teknolojileri" MMC (VÖEN: 2005748811) ilə "Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi"nin satın alınmasına dair 3 729 561,10 manat məbləğində satınalma müqaviləsi bağlanıb.