Zərdab Rayon Suvarma Sistemləri İdarəsi "Məlikumudlu torpaq məcralı kanalın beton üzlüyə alınması və üzərindəki qurğuların təmirinin satınalınması" adlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki tenderin qalibi Kürdəmir Rayon Melioservis İdarəsi olub. Şirkətlə 360 min 821 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, şirkət bundan əvvəl Kürdəmir Suvarma Sistemləri İdarəsinin 327 min 761 manat dəyərindəki "Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən 2022 il üçün nəzərdə tutulan Lot-5. R-13 təsərrüfatlararası beton kanalından qidalanan LR-100 markalı OB-1 növ kanalın R-15 kanalının beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmir işlərinin satın alınması" adlı tenderinində qalibi olub(26.07.2022)
360 min manatlıq tenderin - QALİBİ MƏLUM OLDU

14:36
19 Okt 2022