"AZƏRİŞIQ" ASC “Kəlbəcər rayonu, Qamışlı yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq kabel xətlərinin çəkilməsi və müxtəlif güclərdə KTM-lərin quraşdırılması işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
Yaşayış binaların təmiri ilə bağlı - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi "Smart Energy Services" MMC şirkəti olub. Şirkətlə 3 milyon 413 min 336 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 11 milyon 637 min 560 manat dəyərindəki “Ağdam şəhərinin ilkin mərhələdə elektrik təchizatının təmin olunması məqsədilə 2(iki) ədəd (TM №1 və TM №2) 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması” (27.05.2022) tenderini qazanıb.