Səhiyyə Nazirliyinin “Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində xəstəxananın tikintisi və tibbi avadanlıqlarla təchiz edilməsi (tibbi avadanlıqların alınıb quraşdırılması)” tenderinə yekun vurulub.
FED.az xəbər verir ki, tenderin qalibi "Avant-Garde Pharma" MMC şirkəti olub. Şirkətlə 3 milyon 453 min 419 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, 2 ay əvvəl isə Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsində xəstəxananın tikintisi və tibbi avadanlıqla təchiz edilməsi (xəstəxananın müalicə qazı oksigenlə təchizatı)üzrə tenderə yekun vurulmuşdu. Həmin tenderi"Azmedtech" MMC qazanmış və onunla 297 min manatlıq müqavilə imzalanıb.