Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin su və su təsərrüfatı obyektlərində suölçmə cihazlarının quraşdırılması" ilə bağlı tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 3 315 033 milyon manatlıq tenderin qalibi "CIS SOLITIONS LTD" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, sözügedən şirkət 20.11.2018-ci ildə yaradılıb, təsisçisi açıqlanmır, amma qanuni təmsilçisi Əliyev Seyfalı Ağaməşədi oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 50, m. 59-da yerləşir.