Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ tərəfindən elan edilmiş tender ləğv edilib.
UNEC-in elan etdiyi tenderlərə maraq göstərən şirkət tapılmadı - TENDERLƏR LƏĞVƏ GETDİ
FED.az xəbər verir ki, sözügedən tender Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Mərkəzlərinin inzibatı binalarında cari təmir işlərinin satın alınması məqsədilə
Müsabiqə 17 oktyabr 2025-ci il saat 16:52-də dərc olunmuş, təkliflərin son təqdim olunma tarixi 27 oktyabr 2025-ci il saat 17:00 olaraq müəyyən edilmişdi, zərflərin açılışı isə eyni gün baş tutmalı idi. Tenderin ehtimal olunan qiyməti 131 318 AZN təşkil edirdi.
Tenderin ləğv edilmə səbəbi, iştirakçıların sayının üçdən az olması olub. Bu səbəbdən “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsinə əsasən, satınalma komissiyası tenderi ləğv etmişdir.


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








