Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təmizlik xidmətinin satınalınması ilə bağlı 3 tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib şirkətlərə toplamda 585 864 manat ödəniləcək.
Daha detallı qalib şirkətlər, satınalma predmeti və məbləğlər haqqında məlumat aşağıda təqdim etdiyimiz cədvəl :
| Satınalma predmeti | Qalib Şirkət | Məbləğ | Təmizlik sahəsi | 
| Masallı regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması | "Parlaq Məkan" MMC | 180 949 AZN | 4 995 m2 | 
| Lənkəran regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması | "Tompa Group" MMC | 207 978 AZN | 5 590 m2 | 
| Ağcabədi regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması | "Lider Təmizlik" MMC | 196 937 AZN | 7 200 m2 | 


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








