Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çap məhsullarının satınalınması ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Printland" MMC (VÖEN: 1002632171) olub.
Qalib şirkətə 283 911 manat ödəniləcək.
Qeyd edək ki, "Printland" MMC daha öncə də həmin qurumdan mətbəə işləri ilə bağlı tender üzrə 225 336 manatlıq sifariş alıb (09.06.2021).