İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tibbi sərfiyyat mallarının, laborator reaktivlərin və sərfiyyat mallarının, həmçinin PCR kit dəstlərin və onlara uyğun sərfiyyat mallarının satın alınması" üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 281 min 377 min manatlıq tenderin qalibi "Clinic Medical" şirkətidir.
Qeyd edək ki, tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.