"Bakı Metropoliteni" QSC növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Rovel Trading" MMC (VÖEN:2003638821) seçilib.
Şirkətlə 241 270 manat məbləğində müqavilə imzalanıb.
Tenderdə “Bakı Metropoliteni” QSC üçün müxtəlif növ akkumulyatorların satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, "Rovel Trading" MMC daha öncə Müdafiə Nazirliyinin 813 685 manat dəyərindəki "Azərbaycan Ordusunun avtomobil texnikaları üçün 2023-cü ildə akkumulyator batareyalarının satın alınması" tenderinin qalibi seçilib (16.02.2023).