İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi ləvazimat və sərfiyyat materiallarının (1), eləcə də anbar üçün stellajların (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Eləcə də bax: 280 milyon manatlıq tenderin – QALİBİ AÇIQLANDI
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Avromed Company" QSC və "Əliyev və K" şəxsi istehsalat kommersiya şirkətidir.
Qalib şirkətlərə müvafiq olaraq 1 461,5 min manat və 20 307,1 min manat, ümumilikdə isə 21 768,6 min manat ödəniləcək. (Report)