Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi mal-materialların, ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
Eləcə də bax: İcra Hakimiyyətinin 4.2 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, 199 595 manatlıq tenderin qalibi "Officepro" MMC olub.
Xatırladaq ki, "Officepro" MMC bundan əvvəl Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Zaqatala RMX PHŞ-ya birləşdirilmiş MDM üçün dəftərxana və təsərrüfat mallarının alınması üzrə 27 788 manatlıq tenderini qazanıb.