Milli Arxiv İdarəsi ”Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində elan etdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, 1,999 milyon manatlıq tenderin qalibi "Sinam" MMC-dir.
Qeyd edək ki, tenderlə Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması üçün İKT avadanlıqlarının və texniki vasitələrinin alınması, arxiv sənədlərinin rəqəmsallaşdırılması alqoritminin və proqram təminatının hazırlanması, vahid elektron arxiv məlumat sisteminin yaradılması, iş və xidmətlərin satın alınması işləri görüləcək.