Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti “Masallı şəhəri, H.Əliyev prospekti ilə Qarabağ küşəsinin kəsişməsində 2 mərtəbəli, 10 mənzilli yaşayış binasının tikintisi” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 600 manatdır, müsabiqə oktyabr ayının 20-də başlayıb, tələb olunan sənədlər noyabrın 25-dək, tender təklifləri isə dekabr ayının 5-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 6-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Füzuli küçəsi, bina 69, 5-ci mərtəbə
Qeyd edək ki, tender 4 noyabr tarixində yenilənib.