BNA qurumun dövlət satınalınması üsulu ilə hər birinin qiyməti 1840 manatdan olan 500 ədəd yol nişanın alınması ilə yayılan məlumata aydınlıq gətirib.
Eləcə də bax: "BakuBus" bir şlaqbaum üçün - 3,9 MİN MANAT ÖDƏYİB
Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev FED.az-a bildirib ki, alınan qurğu sadə yol nişanı deyil, piyadalar üçün istiqamət göstərici lövhələridir. BNA nümayəndəsi dediklərinin sübutu kimi yeni qurğuların şəkilini açıqlayıb.
Xatırladaq ki, "Bakı Nəqliyyat Agentliyi" (BNA) piyadalar üçün 500 ədəd istiqamət göstərici lövhələrin alınması və quraşdırılması üçün "MG CONSTRUCTION" MMC adlı şirkətlə 920 min manatlıq müqavilə bağlayıb.