“Azərbaycan Sənaye Korporasiyası”ASC balansında olan 18 böyük müəsssəni tender yolu ilə satmaqdan imtina edib.
FED.az-a şirkətən verilən məlumata görə, həmin müəssisələrin əmlakının qiymətləndirilməsi məsələsinin təcililiyi və vaxt məhdudiyyəti nəzərə alınaraq, “Dövlət satınalmaları haqqında” Qanununa uyğun, bir mənbədən satınalma üsulundan istifadə ediləcəyi üçün yanvarın əvvəlində elan edilmiş tenderdən imtina olunub: «Azərbaycan Sənaye Korporasiyası ASC balansında olan 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi ilə bağlı açıq tender elanının davamından imtina edir».
Qeyd edək ki, tenderə çıxarılan müəssisələr arasında «Aqroinvestkom» MMC, «İnter Tobakko» MMC, «Şəki-İpək» ASC, «Şəki Aqro İndastriz» MMC, «Kainat» ASC, «Pərvanə» MMC, «BOT» MMC, «İnter Textile» ASC, «Mingəçevir İzolit», «Şəki Kərpic» MMC k imi müəssisələr var. Eləcə də «Azəralüminium» ASC, «Bakı Glass» MMC, «Ceneral Konstrakşn» MMC, «Steel Structures» MMC, «İnter Peşəkar İdman Klubu» MMC, «CTS Agro» MMC, «Det-Al Alüminium» MMC, «Det-Al Metal D» MCC-da qiymətləndirməyə çıxarılıb.
18 müəssisənin satış tenderi ləğv edildi – BİRBAŞA SATILACAQ
12:25
22 Yan 2018