Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidməti "Təsərrüfatyönlü nəqliyyat vasitələrinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Ramma" QSC (VÖEN: 1302345421) seçilib.
Qalib şirkətə 1 804 600 manat ödəniləcək.
Qeyd edək ki, sifariş olunan nəqliyyat vasitələrinə daxildir:
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Yüykləyici-Ekskavator (Bekoloder) |
Mühərrik: 90 – 100 A.G. 4 silindrli, Dizel. Həcmi: 4000 – 4500 sm3 Çalovların həcmi: Ön çalov: 1 – 1,2 m3 Arxa çalov: 0,15 – 0,20 m3 Qolun qazma dərinliyi: 5 – 6 m Teleskopik qol: Tələb olunur Teleskopik qolun açılması: 7,5 – 8,5 m Çalovun işlək hündürlüyü: 6,0 – 7,0 m Hidravlik qırıcı xətt: Tələb olunur Ön çalovun boşaltma hündürlüyü: 2,5 – 3,5 m Kondisioner: Tələb olunur |
2 |
ədəd |
2 |
Təkərli ekskavator |
Mühərrik gücü: 140 - 160 A.G. Çəkisi: 18000 - 20000 kq Çalovun həcmi: 0,5 – 1,0 m3 Qazma dərinliyi: 5500 - 6500 mm Yükləmə hündürlüyü: 8 – 10m Üzərində olmalı: Qırıcı xətt (ROKSON).Kondisioner |
1 |
ədəd |
3 |
Tırtıllı ekskavator |
Mühərrik gücü: 200 - 250 A.G. Çəkisi: 30000 – 40000 kq Çalovun həcmi: 1,5 – 2,0 m3 Qazma dərinliyi: 6000 – 7000 mm Yükləmə hündürlüyü: 9 – 11 m Üzərində olmalı: Qırıcı xətt (ROKSON).Kondisioner |
2 |
ədəd |
4 |
Bulduzer, 30 tonluq |
Mühərrik gücü: 200 - 250 A.G Çəkisi: 28000 kq – 30000 kq Bıçağın həcmi: 7 - 8 m3 Qoparma gücü: 500 – 600 kN Kabina: ROPS/FOBS 3 dişli Ripperlə birlikdə |
1 |
ədəd |
5 |
Buldozer, 16 tonluq |
Mühərrik gücü: 170 – 180 A.G Çəkisi: 16000 kq – 18000 kq Bıçağın həcmi: 4 - 5 m3 Qoparma gücü: 140 - 160 kN Kabina: ROPS/FOBS 3 dişli Ripperlə birlikdə |
2 |
ədəd |
6 |
Frontal yükləyici |
Mühərrik gücü: 200 - 240 A.G. Çəkisi: 16000 - 18000 kq Yük götürmə: 3 – 3,5 m3 Yükləmə hündürlüyü: 4000 – 4500 mm Kabin: ROPS. Kabin üzəri lampa |
1 |
ədəd |
"Ramma" QSC bundan əvvəl isə Nazirliyin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin 194 331 min manat dəyərindəki "Hamarlayıcı qreyderlərin satın alınması" tenderinin qalibi seçilib (13.04.2023).
Şirkət 30.12.2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nİzamnamə kapitalı 2000 manatdır, qanuni təmsilçisi Takhir Mamedovdur.
Hüquqi ünvanı Az1100, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat, pr, ev 35, m 19-da yerləşir.