Sosial Tədqiqatlar Mərkəzi obyektlərinin tikintisi işlərinin satın alınması üzrə təkliflər sorğusunun qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1 810 000 manatlıq tenderin qalibi "TVM İnşaat" MMC olub.
Tərəflər arasında satınalınma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, sözügedən şirkət ötən il Bakı şəhər icra hakimiyyətinini elan etdiyi Xətai rayonunda məktəb tikintisi tenderinin qalibi olmuşdu - 1,4 milyon manat.