Şahdağ Turizm Mərkəzi 27.01.2023-cü il tarixdə elan etdiyi "Nəqliyyat vasitələri üçün ehtiyat hissələri və texniki servis xidməti"nin satın alınmasına dair açıq tender sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, "Furqan Avto" MMC (VÖEN: 2100451431) şirkəti qalib elan olunub.
Şirkətlə 143 981 məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, bundan əvvəl "Furqan Avto" MMC Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 6 601 manat dəyərindəki "Avtomobillərin istismarı üçün ehtiyat hissələrinin, sürtkü və digər materialların və cari təmir işlərinin satın alınması" tenderinin qalibi seçilib (23.12.2022)