"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Bakıda yeni yaşayış kompleksi salınacaq - MÜQAVİLƏ
FED.az xəbər verir ki, tenderi "Euroline" QSC qazanıb.
Dövlət qurumu Şəki rayonu ərazisində Kişçay, Şinçay, Daşağılçay və digər çaylarda (Kişçay bölməsi) sahilbərkitmə işlərinin satın alınması üçün "Euroline" QSC ilə müqavilə bağlayıb.
Müqavilənin məbləği 13 milyon 987 min manat olub.