Bakı Metropoliteni QSC Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttinin "Xocəsən" elektrik deposunun 1-ci mərhələsinə aid hasarboyu çöl sahəsində avtomobil yollarının, depo daxili avtomobil yollarının asfalt-beton işlərinin və sahəxaric yağış kanalizasiya sisteminin çəkilməsi işlərinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
Dövlət qurumunun - TENDER ELANI - SİYAHI
FED.az xəbər verir ki, 1 415 601 manatlıq tenderin qalibi "Təməl-M" Firmasıdır.
Xatırladaq ki, "Təməl-M" Firması bundan əvvəl Bakı Metropoliteni QSC-nin müxtəlif obyektlərində asfalt beton təmiri və "N.Nərimanov" elektrik deposunda yol nişanlarının quraşdırılması işlərinin satınalınması üzrə 294 177 manatlıq tenderin qalibi olub.